Sərsəng su anbarı NƏZARƏTİMİZƏ KEÇDİ - RƏSMİ 

Hazırda oxunan: Sərsəng su anbarı NƏZARƏTİMİZƏ KEÇDİ - RƏSMİ 

157558

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, ordumuzun şanlı qələbəsindən sonra Sərsəng su anbarı da bizim nəzarətimizə keçib. 

Bizim.Media xəbər verir ki, artıq su anbarının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir.  

1976-cı ildə Tərtərçay çayınının üzərində Sərsəng su anbarı tikilərək istifadəyə verilib.  Anbarın ümumi həcmi 565 mln. kbm, faydalı həcmi 500 mln.kbm-dir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu - 50,25 km-dir. 
Qeyd edək ki, Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının  ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.  

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin