Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan otağın yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Bizim.Media Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib, onlara hadisə yerində ilkin yardım göstərilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda yanğın və partlayışda ölənlərin sayı açıqlanıb
Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media