Ağstafada 28 il əvvəl hərbi qulluqçu yoldaşını öldürən şəxs müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyev rəsmi qəzetə müsahibəsində deyib.
O bildirib ki, açılan işlərin sırasında 30 ilə yaxın müddətdə bağlı qalmış xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayəti də olub.
Belə ki, əsgər P.H.İsgəndərovun 19 may 1995-ci il tarixdə Ağstafa rayonu ərazisində odlu silahdan atılmış atəşlər nəticəsində ölməsi faktına görə başlanılmış və sonradan icraatı dayandırılmış cinayət işi üzrə icraat təzələnərək, istintaqın davam etdirilməsi Hərbi Prokurorluğunun İstintaq idarəsinə həvalə olunub və həmin idarədə məharətlə aparılan istintaq zamanı əsgər P.H.İsgəndərovun hərbi qulluqçu yoldaşı əsgər H.H.İsaxanov tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olduğundan, sonuncu cinayət məsuliyyətinə cəlb edlərək, onun məhkəmə qarşısına çıxarılması təmin edilmiş və barəsində ittiham hökmü çıxarılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:52 / 29.09.2023
28 il əvvəl əsgər yoldaşını öldürən şəxslə bağlı HÖKM VERİLDİ
Hazırda oxunan: 28 il əvvəl əsgər yoldaşını öldürən şəxslə bağlı HÖKM VERİLDİ
Hazırda oxunan: 28 il əvvəl əsgər yoldaşını öldürən şəxslə bağlı HÖKM VERİLDİ
157504
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.