Bahar Muradova: "Qənirə xanımın gözümüzün önündə əriməyini qəbul etmək çətindir" – ÖZƏL 

Hazırda oxunan: Bahar Muradova: "Qənirə xanımın gözümüzün önündə əriməyini qəbul etmək çətindir" – ÖZƏL 

157491

"Qənirə xanım haqqında nəsə söyləmək çox çətindir. Onun haqqında uzaqdan-yaxından tanıyanların demək olar ki, bütün Azərbaycan xalqının diqqəti bu məsələyə yönəlmişdi. Hamı möcüzə gözləyirdi. Çox təəssüf ki, möcüzə baş vermədi". 

Bu sözləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.  

B.Muradova mərhum millət vəkili Qənirə Paşayevanı bu sözlərlə xatırlayıb: 

"Bir çox ölkədə fəaliyyəti görünən, ziyalı bir xanımımız və ictimai xadimimiz, qəlbi Vətənə bağlı, eyni zamanda türk və çox vətənpərvər və yorulmaz fədakar bir insan idi. Qənirə xanımın itkisini heç kim qəbul etmək istəmir. Düşünürəm ki, onun əməlləri, gördüyü işlər, çox saylı əsərləri və yazdığı kitablar, çıxışları, mövqesi hamısı külliyyət halında toplanıb çap olacaq. Bir xanımın, bir jurnalistin hamının gözü qarşısında hansı zirvələrə qalxmasının bir daha gələcək nəsillərə göstərmək üçün istifadə olunacaq. Biz Qənirə xanımın itkisi ilə barışmırıq və qəbul etmirik. Buna baxmayaraq Allah ona rəhmət diləyib, doğmalarına baş sağlığı veririk. Onu heç kim unutmayacaq. Hər kəsin qəlbində Qənirə xanımın çox işıqlı bir xatirəsi var". 

B.Muradova bildirib ki, sonuncu dəfə Q.Paşayeva ilə 20 gün əvvəl telefonda danışıb:

"Sonuncu dəfə Qənirə xanım 20 gün əvvəl bir insanın problemi ilə bağlı mənə zəng etmişdi. Millət vəkilləri mənə çox zəng edirlər. Onların içində ən çox zəng və müraciət edən birinci yerdə Qənirə xanım idi. Bir nəfərin ailə problemi ilə bağlı zəng etmişdi. Son 24 saatlıq antiterror tədbirləri zamanı proseslər haqqında televiziyada onun çıxışını izlədim. Onun bütün fəaliyyəti gözümün önündə idi. Dayanmadan çalışqan bir xanımın gözümüzün önündə əriməsi və quş kimi uçması qəbul edilməsi çətindir". 

Qeyd edək ki, 48 yaşlı millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb. Allah rəhmət eləsin!

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin