BİZİM TƏQVİM: 29 sentyabrda baş vermiş mühüm hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 29 sentyabrda baş vermiş mühüm hadisələr

157413

29 sentyabr tarixi ölkəmiz və dünyada bir sıra mühüm hadisələrin baş verməsilə yadda qalıb: 

1. 1829-cu ilin bu günündə Londonun cinayət polisi idarəsi yaradılıb. 

2. Liviyanı ələ keçirmək istəyən İtaliya ilə Osmanlı dövləti arasında 1911-ci ilin 29 sentyabrında Trablusqarp müharibəsi başladı. 

3. 29 sentyabr 1913-cü ildə İkinci Balkan Müharibəsinin sonunda Osmanlı dövləti ilə Bolqarıstan arasında İstanbul sazişi imzalandı. Bolqarıstan 5 il sonra həmin gün Selanik Atəşkəsinə əsasən Birinci Dünya Müharibəsindən geri çəkildi. 

4. Çində Yaponiya təhdidinə qarşı millətçi general Çan Kay Şi ilə kommunist Mao Zedonq 1937-ci ilin 29 sentyabrında ortaq hərəkətetmə qərarı verdilər. 

5. 1939-cu ilin 29 sentyabrında Polşa əsgərləri Almaniya ordusu qarşısında geri çəkildi: ölkə rəsmən faşistlərə təslim oldu.

6. 1941-ci il 29 sentyabrda Ukraynanın paytaxtı Kiyevi işğal edən alman faşistləri Babi Yar qətliamına başladılar: 2 gündə 34 min yəhudi öldürüldü. 

7. 1992-ci ilin 29 sentyabrında Türkiyənin Hakkari bölgəsinin Şemdinli rayonunun Derecik Jandarm Polis Bölməsinə hücum edən terrorçulardan 200-ü məhv edildi. Qarşıdurmada 23 türk əsgəri və 5 “korucu” şəhid oldu. 

8. “Lehman Brothers” kimi önəmli şirkətlərin iflasından sonra 2008-ci ilin 29 sentyabrından ABŞ-ın “Dow Jones” indeksi 777 xal düşərək tarixi rekorda imza atdı. 

29 sentyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır: 

1. Məşhur "Don Kixot" əsərinin müəllifi, ispan yazıçısı Migel de Servantes 1547-ci ilin bu günü dünyaya gəlib. (1547-1616) 

2. "Nana" və "Germinal" romanlarının dünyaşöhrətli yazıçısı Emile Zola 1902-ci ilin 29 sentyabrında Parisdə həyatdan köçüb. (1840-1902) 

3. 29 sentyabr 1833-cü ildə şair, rəssam, xəttat və musiqişünas alim Mir Möhsün Nəvvab (1833-1918) Şuşada anadan olub. 

4. 29 sentyabr 1928-ci ildə dünya şöhrətli alim, akademik Azad Mirzəcanzadə (1928-2006) anadan olub. Neftçıxarma texnologiyaları üzrə elmi yeniliklərin müəllifidir, xarici elmi mərkəzlərə, Rusiya Təbiət Elmləri Akademiyasına fəxri üzv seçilib.

Respublika Ali Attestasiya Komissiyasının, Dövlət Elm və Texnika Komitəsinin sədri olub. 1962-ci ildə tətbiqi mexanika ixtisası üzrə Akademiyanın müxbir üzvü, 1968-ci ildə Akademiyanın həqiqi üzvü seçilib. 300-dən çox elmlər namizədi, 120-dən çox elmlər doktoru hazırlayıb. 

5. 29 sentyabr 1703-cü ildə Fransız rəssamı Fransua Buşe (1703-1770) anadan olub.  

6. 29 sentyabr 1810-ci ildə İngilis yazıçısı Elizabet Qaksellin (1810-1865) doğum günüdür.  

7. 29 sentyabr 1817-ci ildə  Rus yazıçısı və dramaturqu Aleksandr Suxovo-Kobılin (1817-1903) anadan olub. 

8. 29 sentyabr 1912-ci ildə görkəmli italyan kinorejissoru, «Oskar» laureatı Mikelancelo Antonioni (1912-30.7.2007) anadan olub. 

9. 29 sentyabr 1913 - Amerika kinorejissoru Stenli Kramer (1913-19.2.2001) anadan olub. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin