Ödənişsiz tibbi xidmətlərin sayı 3 315-ə ÇATIB 

Hazırda oxunan: Ödənişsiz tibbi xidmətlərin sayı 3 315-ə ÇATIB 

157358

 "Bu gün Azərbaycanda 10 milyon əhalinin hər biri sığortalanıb. Hazırda Xidmətlər Zərfində yer alan tibbi xidmətlərin sayı 3 315-ə çatıb. Bu da o deməkdir ki, son neçə ildə zərf 3 dəfədən artıq yenilənib". 

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimində çıxışı zamanı deyib. 

O bildirib ki, tibbi xidmətlərə əlçatanlıq hər zaman əsas məqsəddir: 

"Bu gün agentlik 111-dən çox özəl tibb müəssisəsi ilə müqavilə imzalayıb". 

Z.Əliyev söyləyib ki, agentlik bu günə qədər 300-dən çox təcili tibbi yardım avtomobili alıb:

"Proses davam edəcək". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin