Satışda hələ belə ayaqqabılar olmayıb – Gözünüz ayağınızda qalacaq - VİDEO

Hazırda oxunan: Satışda hələ belə ayaqqabılar olmayıb – Gözünüz ayağınızda qalacaq - VİDEO

15732

ADİDAS özünün əfsanəvi modeli olan idman ayaqqabılarını alıcılarına yenilənmiş dizaynla təqdim edir. Bu dəfə ki, ayaqqabılar daha şirin və maraqlıdır. Yeni dizayn o qədər cəlbedicidir ki, yeriyəndə ancaq ayaqlarınıza baxmaq istəyəcəksiniz.

Bizim.Media xəbər verir k, “ADİDAS”sın yeni kolleksiyası təkrar emal materiallarından hazırlanıb. Bununla da şirkət ekologiyaya dəyən ziyanı da azaltmaq fikrindədir.

“Stan Smith” modelin üzərinə nağışlarla çiçəklər, oxlar və planet əks olunub.





Markanın eyni bəzəklərlə ancaq rəngsiz şəkildə hazırlanan uniseks modeli də göz oxşayır.



Kolleksiyanın ikinci hissəsində sport ayaqqabıların üzərində film və cizgi filmlərindən olan simvolik obrazlar çəkilib. Kermit qurbağası, canavar Mike Wazowski və Tinker Bell pərisinin şəkilləri də dizaynlar arasındadır. 





Marka, sport ayyaqabı istehsalında 2024-cü ilə qədər 100% təkrar emal edilə bilən materiallardan istifadə etməyi planlaşdırır.

ADİDAS sevənlər ekoloji cəhətdən təmiz idman ayaqqabılarını1aprel tarixindən etibarən sifariş edə bilərlər. Qiymətlər isə 80 ilə 110 dollar arasındadır.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin