Azərbaycan Ordusunun hərbçilərinin xəstə erməni qadına kömək etdiyini əks etdirən görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, videoda hərbçilərimiz adının Gözəl olduğunu deyən 90 yaşlı erməni qadını xəstəxanaya yerləşdirməyə razı salmağa çalışırlar.
Daha sonra təcili yardım avtomobili vasitəsilə xəstəxanaya aparılan qadına lazımi tibbi yardım göstərildikdən sonra o, özünü yaxşı hiss etdiyini bildirir.
Azərbaycanlılardan razı olduğunu vurğulayan qadın: “Allah bizim millətin üstünə od töksün”, - deyə əlavə edib.
Baku TV-nin videosunu təqdim edirik:
Bizim.Media