Samvel Babayan Xankəndidən İrəvana necə qaçdığını AÇIQLADI

Hazırda oxunan: Samvel Babayan Xankəndidən İrəvana necə qaçdığını AÇIQLADI

157174

Dinc azərbaycanlılara qarşı qətliamlarda iştirak edən, vaxtilə separatçı-terrorçu xuntanın "rəhbərliyində" təmsil olunan Samvel Babayan Azərbaycanı necə tərk etdiyinə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb.

Onun sözlərinə görə, əvvəlcə Ağdərədən Xankəndiyə gəlib, daha sonra isə İrəvana gedən karvana qoşulub:

"Postda maşından düşüb Azərbaycan polisləri ilə salamlaşdım, 15 metr getdim, orada bir polis də dayanmışdı, onunla da salamlaşdım, maşın skanerdən keçəndən sonra oturub keçdim. Həmin vaxt heç kimin pasportunu yoxlamırdılar".
Babayan maskalanaraq postu keçdiyi barədə məlumatları təkzib edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin