Bakıda piyadalar üçün nəzərdə tutulan yolda hərəkət edən sürücü cərimələnib.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, hadisə Bakının Nəsimi rayonunda, Zərifə Əliyeva küçəsində baş verib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda sürücü BMW-ni səkiyə çıxarıb, piyadaların üstünə SÜRDÜ – ANBAAN VİDEO
Bakı şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, 90-ZB-616 dövlət nömrə nişanlı, BMW markalı avtomaşının sürücüsü barəsində piyadaların hərəkəti üçün nəzərdə tutulan yolla hərəkət etdiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə tətbiq edilib.
Bizim.Media