Bu barədə Bizim.Media-ya mərhumların ailələri şikayət edib. Söyləyiblər ki, bayram günlərində Zabrat qəbirstanlığına əzizlərini ziyarətə gedəndə bu acı mənzərə ilə rastlaşıblar.
Qəbirlər suyun altında qaldığından ziyarət etmək mümkün olmayıb.
Zabrat sakinləri qeyd ediblər ki, əslində ilin 12 ayı mənzərə bu cürdür.
MÖVZU İLƏ BAĞLI:
Ramana qəsəbəsinin problemləri gündəlikdə deyil - VİDEO
Payız - qış aylarında isə vəziyyət daha da dəhşətli olur. Yağış yağıntıları, bundan başqa ətrafda olan yaşayış evlərinin kanalizasiya suları daimi olaraq qəbirstanlığa axır. Nəticə də belə bir mənəzə yaranır.
Sakinlər mövcud problemlə bağlı dəfələrlər icra hakimiyyətinə, bələdiyyəyə müraciət etsələr də hər iki qurum müraciətləri cavabsız qoyub. Əncam çəkən yoxdur.
Araşdırmamız davam edəcək.
Gülşanə Mustafayeva, Bizim.Media