Qarabağı tərk edib Ermənistana gedən ermənilərin sayı 13 min 550 nəfəri keçib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya səhər saatlarına olan rəsmi məlumatlara istinadən yayılıb.
Eyni zamanda internet resurslarının erməni seqmenti Gorus şəhərində yaradılan qəbul məntəqəsindən görüntüləri mütəmadi olaraq tirajlayır.
Xatırladaq ki, 1988-1994-cü illərdə Qərbi Azərbaycandan və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsindən milyona yaxın soydaşımız öz dədə-baba yurdlarını məcburən tərk etmişdi. Ermənilər isə Qarabağı öz istəkləri ilə tərk edir.
Bizim.Media