Tovuzda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, vətəndaş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Arif Müsəllim oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.
Baxış zamanı sanitariya norma və qaydaların, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, temperatur rejiminə və saxlanma şəraitinə əməl edilmədiyi və digər nöqsanlar müəyyən olunub.
Eyni zamanda istehsal edilən çörəyin qablaşdırılmasında çəkisi, tərkibi, enerji və qida dəyəri, istehsalçı adı, ünvanı, istehsal tarixi, istifadə müddəti barədə məlumatların qeyd edilmədiyi məlum olub.
Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
07:45 / 26.09.2023
Tovuzda çörək istehsalı müəssisəsi bağlandı - NÖQSANLAR VAR - FOTO
Hazırda oxunan: Tovuzda çörək istehsalı müəssisəsi bağlandı - NÖQSANLAR VAR - FOTO
Hazırda oxunan: Tovuzda çörək istehsalı müəssisəsi bağlandı - NÖQSANLAR VAR - FOTO
156973
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.