Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar cinayət işləri AÇILDI 

Hazırda oxunan: Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar cinayət işləri AÇILDI 

156851

"Baş Prokurorluq Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar cinayət işləri başladıb".  

Bizim.Media xəbər verir ki, bunu Baş Prokurorun müavini Elmar Camalov "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi aspektlərin arasında Ermənistan və onların havadarları tərəfindən Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı əsrlər boyu törədilən cinayətlərin müəyyən edilməsi, sübuta yetirilməsi, qanunvericilikdə nəzərdə tutulan qaydada və beynəlxalq standartlara uyğun rəsmiləşdirilməsi, mümkün təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi önəmli rol oynayır: 

"Bu səbəbdən 2023-cü il martın 30-da Azərbaycanın Baş prokuroru Kamran Əliyev tərəfindən inayət Məcəlləsinin 103 soyqırımı, 107 əhalinin deportasiya etmə və ya məcburi köçkürmə, 109 təqib və 120.2-4, 120.2.7 qəsdən adam öldürmə maddələri ilə cinayət işi başlanıb və cinayət işinin aparılması Respublika Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
Cinayət işi üzrə istintaq qrupu yaradılaraq zəruri araşdırmaların aparılması, tarixi həqiqətlərin ortaya çıxarılması, Qərbi Azərbaycanda yaşamış, deportasiya və soyqırıma məruz qalmış şəxslərlə bağlı bütün təsdiqedici materialların toplanması və əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına, Milli Elmlər Akademiyasına, Dövlət Statistika Komitəsinə, Qərbi Azərbaycan İcması İctimai birliyinə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə və digər çoxsaylı aidiyyəti orqanlara müvafiq sorğular edilib, əməliyyat axtarış fəaliyyətini həyata keçirən qurumlara əməliyyat tapşırıqları göndərilib". 

E.Camalov bildirib ki, bu barədə tədqiqat aparmış bir sıra araşdırmaçılar sübutların toplanması məqsədilə cinayət təqibi prosesinə mütəxəssis qismində cəlb olunub: 

"Tarixçi və dilçi alimlər dindirilmiş çoxsaylı kitablar və tarixi sənədlər əldə edilməklə iş materiallarına əlavə edilmiş və digər bu kimi zəruri prosessual tədbirlər icra olunub". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin