Sentyabrın 23-də Suraxanı rayonunun Ramana qəsəbəsində Malik Həsənovun kəsilmiş-deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN mətbuat xidmətinin əməkdaşı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Yeni Ramana qəsəbəsində qayınata kürəkənini bıçaqladı
Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən M.Həsənovun qayınatası Mahmud Qənbərov saxlanılıb.
İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib.
Hazırda Suraxanı RPİ-də təhqiqat araşdırması aparılır.
Bizim.Media