Bu qidalardan çox istifadə etmək ölümə səbəb ola bilər 

Hazırda oxunan: Bu qidalardan çox istifadə etmək ölümə səbəb ola bilər 

15668

Bağırsaqların partlamasına səbəb olan qidalar çox yeyildikdə bağırsaq tıxanıqlığı, keçməməzliyi yaradır, hətta ölümlə nəticələnə bilər.

Bizim.Media xəbər verir ki, həkimlər belə təhlükəli qidaları açıqlayıb.

Belə ki, yığıcı, büzücü və iri lif tərkibli tərəvəzlər, meyvələr bağırsaqların selikli qişasını genişləndirir və tıxaqlıq yaradır.

Onlar orqanizmdə Bezoar adlı yad kütlə yaradır, bu kütlə mədədə, nazik bağırsaq, yoğun bağırsaqda toplanır, həzm olunmur.

Bu ərzaqlar: heyva, xurma, turp, kərəviz, kələmdir.

Bağırsağın selikli qişası bezoarlar topalarını itələyə bilmir, beləcə, bağırsaq keçməməzliyi yaranır.

Belə olan halda yalnız cərrahi əməliyyat olmalıdır.

Müdaxilə olmasa, xəstə həkimə müraciət etməsə, ölüm belə baş verə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin