“Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən göstərilmiş metodiki yardım və keçirilmiş təlimlərin nəticəsi olaraq hazırda 120-dən artıq dövlət qurumu İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyanın tövsiyəsinə uyğun olaraq özünün daxili informasiya təhlükəsizliyi təlimatını hazırlayaraq təsdiq edib”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Xidmətinin baş idarə rəisi, general-mayor Azər Əhədov bu gün keçirilən Dövlət Qurumlarının IT rəhbərlərinin II Zirvə Toplantısında deyib.
O bildirib ki, dövlət qurumlarında internetdən təhlükəsiz istifadə olunması, informasiya təhlükəsizliyinin gücləndirilməsi, eləcə də əməkdaşların sahə üzrə məlumat və bilgilərinin artırılması məqsədilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası tərəfindən "İnformasiya təhlükəsizliyinin təmini üzrə Təlimat" layihəsi hazırlanaraq öz fəaliyyət istiqamətinə uyğun tətbiq olunması üçün dövlət qurumlarına göndərilib:
"Bununla yanaşı Komissiya tərəfindən "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası" hazırlanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:08 / 23.09.2023
120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib – RƏSMİ
Hazırda oxunan: 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib – RƏSMİ
Hazırda oxunan: 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib – RƏSMİ
156585
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.