BİZİM TƏQVİM: 23 sentyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 23 sentyabrda baş vermiş tarixi hadisələr

156497

23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti “Azərbaycan SSR-in dövlət suverenliyi haqqında” Konstitusiya qanununu qəbul edib. Sənəddə belə bir müddəa əksini tapmışdı ki, ittifaq (SSRİ) səviyyəsində qəbul olunmuş qanunvericilik aktı Azərbaycanın suverenliyinə xələl gətirərsə, onun respublika ərazisində qüvvəsi dayandırılacaq. Bu hadisədən cəmi iki il sonra Azərbaycan öz müstəqilliyinə qovuşdu.

Bəs, sentyabrın 23-də dünyada daha hansı hadisələr baş verib?

1. 23 sentyabr 1821-ci ildə Osmanlı imperiyasına qarşı başlayan Mora üsyanında Gördüş şəhərini ələ keçirən silahlı yunanlar 10 mindən artıq dinc türkü öldürdü.

2. 23 sentyabr 1846-cı ilde alman astronom İohan Qalle tərəfindən Günəş sisteminin səkkizinci planeti olan Neptun kəşf edilib. 

3. 23 sentyabr 1932-ci ildə Səudiyyə Ərəbistanı Krallığı yaranıb. Ərəbistan yarımadasında geniş sahəni (2,15 milyon kv km) əhatə edən Səudiyyə tayfalarının birləşmə prosesi XIX əsrin əvvəlində başlanmışdı. 1927-ci ildə İbn Səud Hicaz, Hecd və s. bölgələri birləşdirdi, beş il sonra Səudiyyə Ərəbistanı krallıq elan edildi.

4. 23 sentyabr 1942-ci ildə nasistlər Auşvits konslagerdə qazla öldürmə qətliamlarını başlatdılar.

5. 23 oktyabr 1961-ci ildə THY-nin Kıbrıs-Adana-Ankara reysini həyata keçirən təyyarə Etimesgut hava limanı yaxınlığında düşdü, 28 sərnişin həlak oldu.

6. 1973-cü ilin 23 sentyabr günü hakimiyyətdən çəvriliş nəticəsində kənarlaşdırılan Xuan Peron yenidən Argentina dövlət başçısı səçildi.

7. 23 sentyabr 1997-ci ildə Əlcəzairdə baş verən hücumda 200 nəfər öldürüldü.

8. 2004-cü ilin bu günündə Kiyevdə, Ukrayna Ali Radasının binasında GUAM ölkələri Parlament Assambleyasının təsis iclası keçirilib. Tədbirdə Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna parlamentlərinin rəhbərləri tərəfindən GUAM-ın Parlament Assambleyasının yaradılması haqqında Bəyannamə və bu qurumun Parlament Assambleyasının prosedur qaydaları haqqında Əsasnamə imzalanıb.

Sentyabrın 23-də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 23 sentyabr 1928-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, SSRİ-nin xalq artisti, “Şöhrət” ordenli Firəngiz Əhmədova anadan olub (1928-2011). F.Əhmədova Azərbaycan, Rusiya və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış edib.

2. 23 sentyabr 1928-ci ildə tanınmış arxeoloq, tarix elmləri doktoru Rauf Munçayev (1928 – 4.7.2021)  doğulub. Rusiya EA-nın Arxeologiya İnstitutunun direktoru olub.

3. 23 sentyabr 1929-cu ildə yazıçı-jurnalist, Əməkdar incəsənət xadimi Əfqan (1929 – 13.2.2022)  anadan olub. “Həsrət də bir vüsaldır”, “Qartal əfsanəsi” romanları, “Dədə Bəhmən” trilogiyası və s. əsərlərin müəllifidir.

4. 23 sentyabr 1929-cu ildə  tarixçi, şərqşünas, türkoloq Yusif  Yusifov (1929 – 4.1.1998) doğulub. Azərbaycan Pedaqoji Universitetinin professoru olub.

5. 23 sentyabr 1939-cu ildə psixoanalizin banisi Siqmund Freud həyatını itirdi.

6. 23 sentyabr 1969-cu ildə şair-publisist Ülvi Yusif oğlu Bünyadzadə (1969 – 20.1.1990) doğulub. 20 Yanvar qırğınında şəhid olub.

7. 23 sentyabr 1970-ci ildə görkəmli yazıçı-dramaturq, ssenarist Sabit Rəhman (26.3.1910 – 1970) vəfat edib. “Toy”, “Nişanlı qız”, “Əliqulu evlənir” və s. pyeslərin, “Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenari müəllifidir.

8. 23 sentaybr 1973-cü ildə dünya şöhrətli çilili şair Pablo Neruda həyatını itirdi.

9. 23 sentyabr 2014-ci ildə yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Ələviyyə Babayeva (12.8.1921 – 2014) vəfat edib.

10. 23 sentyabr 2015-ci ildə şair, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Məmməd Aslan (24.12.1939 – 2015) vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin