Bu ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasına dünyanın 183 ölkəsindən 1343,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd edilib ki, gələnlərin 31,7 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 7,5 faizi İran, 4,9 faizi Hindistan, 4,7 faizi Gürcüstan, 4,4 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Qazaxıstan, 2,4 faizi Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, 1,6 faizi İsrail, hər birindən 1,5 faiz olmaqla Küveyt və Ukrayna, 1,4 faizi Belarus, 1,2 faizi Türkmənistan, 1,1 faizi Böyük Britaniya, 11,9 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,2 dəfə, Türkmənistandan - 3,2 dəfə, Hindistandan - 2,4 dəfə, Özbəkistandan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Belarusdan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə, İtaliyadan - 1,5 dəfə, ABŞ-dan - 39,5 faiz, İsraildən - 39,2 faiz, Gürcüstandan - 32,9 faiz, Böyük Britaniyadan - 27,0 faiz, Küveytdən - 22,3 faiz, Türkiyədən - 19,6 faiz, Almaniyadan - 18,6 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 11,8 faiz, Ukraynadan - 5,1 faiz artıb.
2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 549,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,8 faiz artaraq 67,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,2 faiz azalaraq 228,4 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,9 faizi hava, 26,7 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23,0 faiz artaraq 1209,0 min nəfər olmuşdur.
Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 33,6 faiz, Türkiyəyə gedənlərin sayı 13,7 faiz artmış, İrana gedənlərin sayı 20,0 faiz azalmışdır.
Ölkə vətəndaşlarının 44,3 faizi Türkiyəyə, 21,3 faizi Rusiya Federasiyasına, 9,1 faizi Gürcüstana, 7,4 faizi İrana, 17,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 65,1 faizini kişilər, 34,9 faizini qadınlar təşkil edib.
2023-cü ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,6 faizi hava, 28,8 faizi dəmir yolu və avtomobil, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:50 / 22.09.2023
Turistlər Azərbaycana ən çox bu ölkələrdən gəlir - SİYAHI
Hazırda oxunan: Turistlər Azərbaycana ən çox bu ölkələrdən gəlir - SİYAHI
Hazırda oxunan: Turistlər Azərbaycana ən çox bu ölkələrdən gəlir - SİYAHI
156490
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.