Qarabağ ermənilərinə göndərilən məhsulların həcmi AÇIQLANDI - VİDEO

Hazırda oxunan: Qarabağ ermənilərinə göndərilən məhsulların həcmi AÇIQLANDI - VİDEO

156429

"20 ton ərzaq məhsulları və gigiyenik vasitələr, eləcədə çörək məhsulları Qarabağda yaşayan dinc sakinlərə göndərilir". 

Bizim.Media xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Qarabağ ermənilərinə humanitar yardım GÖNDƏRDİ – FOTO/VİDEO 


Onun sözlərinə görə, Azərbaycan FHN-nin xəttilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi üçün ərzaq məhsullarının göndərilməsi həyata keçirilir:

"Sentyabrın 22-də hər birini tutumu 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr və eləcədə iki ədəd içərisində çörək olan maşınlar Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı hazırda açıq olan, Ağdam-Xankəndi yolundan istifadə etməklə Xankəndinə çatdırılacaq. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq". 

M.Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini bildirib:

"Bundan sonra da bu kimi humanitar məhsulların göndərilməsi təmin olunacaq". 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin