Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən tədbir zamanı Sumaylı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 3 ton 500 kiloqram olan 5094 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:52 / 21.09.2023
Zaqatalada 3,5 ton narkotik bitkisi MƏHV EDİLDİ - FOTO
Hazırda oxunan: Zaqatalada 3,5 ton narkotik bitkisi MƏHV EDİLDİ - FOTO
Hazırda oxunan: Zaqatalada 3,5 ton narkotik bitkisi MƏHV EDİLDİ - FOTO
156371
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.