Sentyabrın 18-dən etibarən Azərbaycanda başlayan geomaqnit qasırğası hələ də davam edir. AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının bunun bağlı verdiyi məlumata görə, sentyabrın 19-da qasırğa G3 (güclü) səviyyəsinə kimi yüksəlib, Sentyabrın 20-də sakitləşsə də ayın 23-də yenidən G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.
Bununla bağlı Bizim.Media-ya açıqlama verən terapeft-həkim Abbas Bağırov bildirib ki, bu cür dalğalar yayıldıqda, daha çox meteohəssas insanlara təsir edir.
Həkimin sözlərinə görə, ürək-damar, sinir sistemləri problemləri olan şəxslər də bundan özlərini qorumalıdırlar:
“Bunun ən asan yolu, günorta saatlarında ya çölə çıxmamaq, ya da kölgədə qalmaqdır. Onu da deyim ki, sinir sisitemi insan orqanizmində gedən bütün patoloji proseslərə cavabdehlik daşıyır.
Əsasən də mərkəzi sinir sistemində gərginliklərlə, yaxud preferik balans pozulmaları ilə müşayiət olunan bütün xəstəliklər meteohəssaslığa yüksək səviyyədə tabe olurlar. Buna görə də təyin olunmuş dərman preparatlarını davamlı qəbul etmək lazımdır.Eyni zamanda, ürəyin fəaliyyəti və qan təzyiqi daim nəzarətdə saxlanmalıdır”.
Onun sözlərinə görə, geomaqnit dalğalanmaları zamanı qan laxtalanma sistemlərində pozuntu olan insanlar üçün də meteohəssaslıq yaranır ki, bu da onlara mənfi təsir edir:
“Qəfil ürək dayanmaları, tipik psixoloji krizislər və hemoragik insultlar daha çox meteohəssas insanlarda ortaya çıxır. Bunun da səbəbi, elektromaqnit dalğalanmalarının artması ilə bağlıdır”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 22.09.2023
Ölkədə geomaqnit qasırğası davam edir – Necə qorunaq?
Hazırda oxunan: Ölkədə geomaqnit qasırğası davam edir – Necə qorunaq?
Hazırda oxunan: Ölkədə geomaqnit qasırğası davam edir – Necə qorunaq?
156331
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.