"Qarabağ Azərbaycan torpağıdır, hansısa status qəbuledilməzdir".
Bizim.Medxia xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, Azərbaycan antiterror tədbirlərini özü keçirib:
“Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olmağa davam edəcəyik. Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa, hansısa status qəbuledilməzdir.
Erməni silahlı birləşmələrinin uzun müddətdir davam edən təxribatlarına cavab olaraq Qarabağda həyata keçirilən tədbirləri, atəşkəs qərarını və bölgədəki son durumu izləyirik”.
Eyni zamanda vurğulanıb ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın keçirdiyi antiterror tədbirlərində heç bir şəkildə iştirak etməyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:48 / 21.09.2023
Türkiyə antiterror tədbirlərində iştirak etməyib - RƏSMİ
Hazırda oxunan: Türkiyə antiterror tədbirlərində iştirak etməyib - RƏSMİ
Hazırda oxunan: Türkiyə antiterror tədbirlərində iştirak etməyib - RƏSMİ
156310
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.