Əhalinin neçə faizi erməni icması ilə dialoqu dəstəkləyir? – SORĞU

Hazırda oxunan: Əhalinin neçə faizi erməni icması ilə dialoqu dəstəkləyir? – SORĞU

156284

Azərbaycan əhalisinin 63.3%-i erməni icması ilə dialoq prosesini dəstəkləyir.

Bizim.Media xəbər verir ki, bu fikir Sosial Tədqiqatlar Mərkəzinin yaydığı məlumatda yer alıb. Mərkəzdən bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə dialoq prosesinə dair ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğu keçirib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 63.3%-i dialoq prosesini dəstəklədiyini, 27.4%-i dəstəkləmədiyini ifadə edib. Sorğu iştirakçılarının 9.2%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.
Dialoq prosesini dəstəkləyənlərin 49.0%-i dialoqun birbaşa təmaslar yolu ilə aparılmasını üstün hesab edib. Onların 37.3%-i istənilən formatı məqbul hesab etdiyini bildirərkən, 12.2%-i vasitəçilik yoluna üstünlük verdiyini bildirib.

Sorğu iştirakçılarının 1.6%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Surxay Atakişiyev,Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin