“AZAL”da uçuş qiymətlərini kim müəyyənləşdirir? – Şirkət rekord qırır

Hazırda oxunan: “AZAL”da uçuş qiymətlərini kim müəyyənləşdirir? – Şirkət rekord qırır

15627

Azərbaycan Hava Yolları üzərindən uçuş qiymətlərinin baha olması təzə söhbət deyil.

Pandemiya dövründə biletlərin qiymətinin daha da bahalaşması hansı məntiqə sığır, bilən yoxdur.  

Şikayətçilərdən biri jurnalist Aygün Muradxanlı öz hesabında milli hava şirkəti ilə qonşu ölkələrdəki uçuş qiymətlərini müqayisə edib. Xanım jurnalist deyir ki, may ayı üçün Tiflis-İstanbul gediş-dönüş -180, Kiyev-İstanbul gediş-dönüş 170 dollardır:

“Moskva-İstanbul gediş-dönüş 145 dollar, Bakı-İstanbul tək tərəf 310 dollar təşkil edir. Tiflis, Moskva, Kiyev üçün iri hava limanlarını və böyük aviaşirkətləri yazdım. Paytaxtlara və paytaxtdan kənar hava limanlarına alternativ aviaşirkətlər də uçur.

"AZAL" bu qiymətləri hansı iqtisadi əsaslandırma ilə çıxarır demirəm, çünki gözəl məmləkətimdə elm-filan işə yaramır. 5-6 adamın kefi necə istəyir, biz də elə sürünürük”.


Qiymətlərin baha olduğunu turizm şirkətləri də təsdiqlədilər. “RR” Traveldən Bizim.Media-ya dedilər ki, Türkiyəyə bir istiqamətdə uçmaq 400 AZN-nə başa gəlir.

Aviakassalardan da Türkiyəyə üçün qiyməti 400-410 manat aralığında təşkil etdiyini söylədilər. Dedilər ki, yalnız  “Buta” ilə ucuz uçmaq olar, ancaq  gərəkdir ki, bileti 2 ay qabaqcadan alasan. Bayram günlərində “Buta” ilə uçmaq üçün artıq biletlər yoxdur.

Sosial mediada və “KİV”də dəfələrlə “AZAL”ın qiymətləri bahalaşdırması siyasətindən şikayət dolu informasiyalar dərc olunur. Lakin “AZAL” belə etirazları görməzdən gəlir.

Qiymət artımı ilə bağlı uzun yazışmalarımıza baxmayaraq “AZAL”dan hələ də bir doğru-dürüst cavab ala bilməmişik. Bayram günləri olduğundan indi heç telefonumuz cavab verən də yoxdur. Ümidvarıq ki, tətil başa çatandan sonra şirkətdən suallarımıza cavab veriləcək.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin