Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən təxribat-diversiya terror aktı nəticəsində həlak olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Əsgərov Ələsgər Zakir oğlu ilə bu gün Naxçıvandakı ata evində vida mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, vida mərasimində dövlət və hökumət nümayəndələri, şəhid serjantının ailə üzvləri və yaxınları iştirak ediblər.
Qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən terror aktı nəticəsində şəhid olan Əsgərov Ələsgər Zakir oğlu yaylım atəşi və Dövlət Himninin sədaları altında Naxçıvan şəhəri, Əliabad qəbiristanlığında torpağa tapşırılıb. Dəfndə ərazi bütövlüyümüz uğrunda şəhid olanların ruhuna dualar oxunub.
Dəfn mərasimində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, dövlət və hökumət, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin atasına Azərbaycan bayrağı təqdim edilib.
Şəhid polis serjantı Ələsgər Əsgərovun qəbrinə tər güllər düzülüb.
Bizim.Media