DİN əməkdaşları ölkənin bütün ərazisində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Hazırda oxunan: DİN əməkdaşları ölkənin bütün ərazisində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

155992

“Bu gün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) dörd əməkdaşı terrora məruz qalıb. Bu da ölkəmizdə mövcud ictimai-siyasi sabitlik, konstitusiya quruluşunun bərpa edilməsi məsələsini zəruri edib”.

Bizim.Media xəbər verir ki, bunu DİN mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Elşad Hacıyev deyib. 

Bu gün Azərbaycan Respublikasında başlayan lokal xarakterli antiterror tədbirləri davam etdirildiyini deyən E.Hacıyev bildirib ki, bu tədbirlər nəzərə alınaraq ölkənin bütün ərazisində DİN-in şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir:
“Respublikada mümkün təxribat, təhdid, hər hansı hüquqazidd tədbirlərin qarşısının alınması ilə bağlı DİN-in şəxsi heyətinə göstərişlər verilib.

Azərbaycan Respublikasının ərazisində olan qeyri-qanuni erməni silahlı qüvvələrinin birləşmələrinə qarşı tədbirlər davam edir. Buna paralel olaraq ictimai təhlükəsizlik tədbirləri birgə aparılır ki, Azərbaycan cəmiyyətində hər hansı xoşagəlməz hallar baş verməsin. Bütün cəmiyyəti birgə olmağa, qayda və tələblərə əməl etməyə çağırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin