Xocavənddəki mina terroru ilə bağlı cinayət işi açıldı

Hazırda oxunan: Xocavənddəki mina terroru ilə bağlı cinayət işi açıldı

155978

Xocavənddə ermənilərin törətdiyi terror aktı ilə bağlı Baş Prokurorluqda cinayət işi açılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov məlumat yayıb. Onun sözlərinə görə faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.11, 120.2.12 (terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyətilə adam öldürmə) 214.2.1, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq) 279.3-cü (qanunvericliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qrupların tərkibində müəssisələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə ağır nəticələrə səbəb olma) və digər maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun istintaq idarəsinə həvalə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşanın atəşə tutulması nəticəsində bir dinc sakinimiz HƏYATINI İTİRDİ 


Hazırkı şəraitdə prokurorluq əməkdaşları tərəfindən mümkün olan istintaq hərəkətləri davam edirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin