Uşağınızın qorxaq, satqın, yalançı, oğru olmasını istəmirsiz? – QIŞQIRMAYIN!

Hazırda oxunan: Uşağınızın qorxaq, satqın, yalançı, oğru olmasını istəmirsiz? – QIŞQIRMAYIN!

15593

Uşağı ciddi tərbiyyə etmək cəhdi, müxtəlif təzyiq və psixoloji hücumlar onu yeniyetmə çağında qətiyyətsiz və asılı biri kimi yetişməsinə səbəb ola bilər. Belə uşaqlar ətrafı qorxaq nəzərlərlə seyr edir və hər şeydən çəkincən olurlar.

Belə bir qənatə Montreal Universitetinin fəlsəfə doktoru Sabrina Suffren Stanforddakı digər həmkarları ilə apardığı araşdırma zamanı gəlib.

Bizim.Media xəbər verir ki, araşdırmaların nəticəsi ilə bağlı "Development and Psychology" jurnalında məqalə də dərc olunub.

 

MÖVZU İLƏ BAĞLI:

Millətin boyu niyə artmır? – Uşaqlarınızı doğru qidalandırın!


Alimlər belə düşünürlər ki, hazırda uşaqlara qarşı həddindən artıq sərtlik bütün dünyada valideynlər arasında olduqca yayğındır.

Nəticələr isə uşağın beyninə o qədər mənfi təsir göstərir ki, onun psixi tarazlığı pozulur, ıtrafa qarşı adekvatlığı ancaq özünü müdafiə instikti üzərində formalaşır. 

Bu cür yeniyetmələr tez-tez depressiv vəziyyət yaşayır və intihara meyilli olurlar. 

Bu sahədəki mütəxəssislərin araşdırma işləri artıq sübut edib ki, valideynlərin və ya qəyyumların zülmündən əziyyət çəkən uşaqlarda emosiyaların tənzimlənməsində aparıcı rol oynayan beyin zonaları əziyyət çəkir. Hətta onlarda beyin quruluşu dəyişməyə məruz qalır. 

Belə uşaqlardan cəmiyyət üçün faydalı fərd yetişəcəyini də gözləmək olmaz. Belə tərbiyyə görmüş uşaqlar əsasən gerizəkalı, qorxaq, satqın, yalançı, oğru xislətinə malik olurlar. 

Odur ki, uşaqlarınızı döyməyin, başa salın!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin