Gəndob-Yalama yolunun Xaçmaz şəhərindən keçən hissəsində çökmüş Qudyalçay körpüsündə söküntü-təmizləmə işləri sona çatıb.
Bizim.Media-nın şimal bürosu xəbər verir ki, artıq yeni körpünün inşasına start verilib.
MÖVZU İLƏ BAĞLI:
Gəndob-Xaçmaz-Yalama-Rusiya yolunda uçmuş körpü SÖKÜLÜB - VİDEO
Ərazidə ağır texnikalar körpünün dayaq hissələrinin basdırılmasına, svayların açılmasına başlayıb.
Xaçmaz rayon icra başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclunun sözlərinə görə, yeni körpünün layihəsi ilə tanış olduqdan sonra ətraflı məlumat veriləcək.
Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu