"Ermənilər əsir və girov götürülən azərbaycanlıları ağır işgəncələrə məruz qoyub" - Xanlar Vəliyev

Hazırda oxunan: "Ermənilər əsir və girov götürülən azərbaycanlıları ağır işgəncələrə məruz qoyub" - Xanlar Vəliyev

155758

“Ermənilər keçən əsrin 80-ci illərindən başlayaraq Azərbaycana qarşı qeyri-hüquqi ərazi iddialarını davam etdirib, məqsədlərinə nail olmaq üçün ümumbəşəri dəyərləri özündə ehtiva edən beynəlxalq humanitar hüquq norma və prinsiplərini pozub”. 

Bizim.Media verir ki, bunu Azərbaycanınbaş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. 

O qeyd edib ki, ermənilər Azərbaycan Respublikasının silahlı qüvvələrinin əsir düşmüş hərbi qulluqçularına, girov götürülən şəxslərə qarşı olduqca qəddar və qeyri-insani rəftar edilib, ağır işgəncələrə məruz qoyulub. 
"Həmçinin, 3890 nəfərin taleyi barədə bugünədək heç bir məlumat verilməyib", - deyə X.Vəliyev bildirib. 

Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin