Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nəsirov İrşad Həbib oğlu tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən qurudulmuş xurma məhsuluna baxış keçirilib.
MÖVZU İLƏ BAĞLI:
236 ictimai iaşə obyektində 397 monitorinq keçirilib - Cərimələnənlər VAR
Baxış zamanı 8435,2 kiloqram “Atlas” əmtəə nişanlı qurudulmuş xurma məhsulunun istifadə müddətinin bitdiyi aşkarlanıb.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Bizim.Media