Rəngi göyərmiş kartofu almayın – Ölüm saçır

Hazırda oxunan: Rəngi göyərmiş kartofu almayın – Ölüm saçır

15559

Kartof tərkibindəki vitaminlər ilə zəngin olsa da bəzi xroniki xəstəliyi olan insanlar üçün təhlükəlidir.

Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə "Medintsentr"in endokrinologiya şöbəsinin müdiri Yelena Qubkina deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Qəhvəni belə içməyin – Həkimlər xəbərdarlıq edir


O, bildirib ki,  şəkərli diabet və piylənmədən əziyyət çəkən insanlar kartof yeməməlidirlər. Bundan başqa mədə turşuluğu az olma ilə müşahidə olunan qastrit xəstələri də kartofa qarşı diqqətli davranmalıdırlar.

Mütəxəssislər kartofdan birdəfəlik imtina etməyi məsləhət görmürlər. Lakin bu tərəvəz gündəlik rasionunuzda 10%-dən artıq olmamalıdır.

Eyni zamanda, kartofun tərkibində hüceyrələrin normal işləməsi üçün lazım olan kalium və sodyum maddələri var. Bundan əlavə, tərəvəz B6 və C vitaminləri ilə zəngindir.

Həkim daha çox fayda üçün qaynadılmış və buxarda bişmiş kartofa üstünlük verməyi tövsiyyə edir. Yağda qızardılmış kartof, yüksək miqdarda yağ və zəhərli maddələrinə görə zərərli sayılır.

Baş həkim kartof alarkən onun yaşıl rəngdə olanından uzaq durmağı tövsiyyə edib.

Çünki onun tərkibində zərərli solanin maddəsi var. O isə ən zəhərli maddə hesab olunur. 

“Həmçinin tərəvəzi orta temperaturda bişirmək sizin sağlamlığınız üçün daha xeyirlidir”,- deyə o, bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin