Fövqəladə hallarla bağlı maarifləndirmə tədbirləri keçirilib - FOTO 

Hazırda oxunan: Fövqəladə hallarla bağlı maarifləndirmə tədbirləri keçirilib - FOTO 

155489

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. 

FHN-dən Bizim.Media-ya ya verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən 200 saylı tam orta məktəbdə və 158 saylı körpələr evi-uşaq bağçasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Müdafiə Nazirliyinin Hərbi Polis Bölməsində, Gəncə Regional Mərkəzi tərəfindən Ağstafa Rayon Mərkəzi Xəstəxanasında və Ağstafa Rayon Statistika İdarəsində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı rayon Suvarma Sistemləri İdarəsində və Şamaxı rayon Qaz İstismarı İdarəsində, Aran Regional Mərkəzi tərəfindən Goranboy rayon Qarqucaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanası PHŞ-də və Muğan Regional Mərkəzi tərəfindən Şirvan - Salyan Regional Təhsil İdarəsində maarifləndirmə tədbirləri keçirilib. 

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub. 

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. 
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin