Salyanda yeni məktəb İSTİFADƏYƏ verildi 

Hazırda oxunan: Salyanda yeni məktəb İSTİFADƏYƏ verildi 

155468

Salyan rayonunun Şorsulu kəndində bir əsrə yaxın yaşı olan Namiq İbrahimov adına təhsil ocağı üçün Heydər Əliyev Fondu tərəfindən inşa edilən yeni məktəb binası istifadəyə verilib.

Bizim.Media azərtag-a istinadən xəbər verir ki, məktəbin açılış tədbirində Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev, Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edilib ki, Salyan rayonunun Şorsulu kəndində 1926-cı ildə inşa olunmuş N.İbrahimov adına tam orta məktəb istifadəyə yararsız vəziyyətə düşdüyündən yeni təhsil ocağının inşasına ehtiyac yaranmışdı.

Yeni məktəbin tikintisini üzərinə götürən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2023-2024-cü tədris ili üçün 300 şagird yerlik yeni məktəb istifadəyə verilib.
İkimərtəbəli məktəb üç korpusdan ibarətdir. Təhsil müəssisəsində 13 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt, idman zalları və açıq idman meydançası var.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin