Vətən müharibəsi şəhidi Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva məktəb direktoru təyin edilib.
Bizim.Media xəbər verir ki, şəhidin anası Tərtər rayon Talış kənd tam orta məktəbinin direktoru vəzifəsinə təsdiqlənib.
Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Bildirilir ki, A.Mirzəyeva daha əvvəl uzun müddət Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyib.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü Rəşad Mirzəli 2020-ci il oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Gizir R.Mirzəli ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, və “Hərbi xidmətə görə” medalları ilə təltif edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:44 / 16.09.2023
Şəhid anası məktəb direktoru təyin EDİLDİ – FOTO
Hazırda oxunan: Şəhid anası məktəb direktoru təyin EDİLDİ – FOTO
Hazırda oxunan: Şəhid anası məktəb direktoru təyin EDİLDİ – FOTO
155434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.