Xətai rayonundakı bir küçə əsl maşın "ölüxanasını" xatırladır.
Bizim.Media xəbər verir ki, mövcud vəziyyət isə yolda hərəkəti məhdudlaşır. Söhbət Ehmədli qəsəbəsi 5-ci Rezervuar küçəsindən gedir.
Sakinlər bildirir ki, avtomobillərin kənarlaşdırılması üçün dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, problem həllini tapmır.
"Ərazidə fəaliyyət göstərən sahibkarlara da yaxınlaşdıq. Ancaq avtomobillərin kimə aid olduğunu bilən tapılmadı."
Sakinləri narahat edən digər məsələ isə yolların bərbad vəziyyətdə olmasıdır.
Xətai Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, problemdən xəbərdardırlar. Artıq sahibkarlara da lazımi göstərişlər verilib.
Sakinlər ümid edir ki, bu dəfə verilən vədlər yerinə yetiriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media