Şəxsiyyət vəsiqəsi ilə bağlı yeni ”“Dəyişiklik

Hazırda oxunan: Şəxsiyyət vəsiqəsi ilə bağlı yeni ”“Dəyişiklik

155368

Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”x9d Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”x9ddə dəyişikliklər edilməsi haqqında da bu gün fərman verib.

Moderator.azxa0xəbər verir ki,xa0Fərmana əsasən, xa0Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, â„– 10, maddə 1148, â„– 12, maddə 1549; 2015, â„– 10, maddə 1141; 2016,xa0 â„– 6, maddə 1055) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”x9d Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”x9ddə aşağıdakı dəyişikliklər ediləcək:

1. Aşağıdakı məzmunda 2.14.11-1-ci və 2.14.11-2-ci yarımbəndlər əlavə edilsin:

“2.14.11-1. elektron daşıyıcıda (çipdə) yaradılan elektron imza yaratma və yoxlama məlumatları;

2.14.11-2. vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar;”x9d.

2. 2.16-cı bənd aşağıdakı redaksiyada verilsin:

“2.16. Vəsiqə verən orqan vətəndaş barədə yoxlanılmış məlumatları sertifikat sorğusu formasında “Giriş-çıxış və qeydiyyat”x9d idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin akkreditə edilmiş sertifikat xidmətləri mərkəzinə göndərir. Akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi həmin sorğu əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar yaradır və “Giriş-çıxış və qeydiyyat”x9d idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə vəsiqə verən orqana göndərir. Beş il müddətində etibarlı olan bu sertifikatlar, habelə elektron imza yaratma və yoxlama məlumatları şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilir vəxa0 sertifikatlar vətəndaşın istəyi əsasında aktivləşdirilir.”x9d.

3. Aşağıdakı məzmunda 2.16-1-ci və 2.16-2-ci bəndlər əlavə edilsin:

“2.16-1. Şəxsiyyət vəsiqəsi verilərkən (dəyişdirilərkən) gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatların aktivləşdirilməsini istəməyən vətəndaş daha sonra onların aktivləşdirilməsi üçün Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlara müraciətxa0 edə bilər. Bu halda gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatlar vəsiqə sahibinin ərizəsi əsasında, hər hansı ödəniş edilmədən 30 dəqiqə ərzində aktivləşdirilir.

2.16-2. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilmiş gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatların, habelə elektron imza yaratma və yoxlama məlumatlarının müddəti bitdikdən sonra onların beş ilədək müddətə yenilənməsini bu Əsasnamənin 2.16-1-ci bəndində nəzərdə tutulan qurumlar vəsiqə sahibinin ərizəsi əsasında, hər hansı ödəniş edilmədən 30 dəqiqə ərzində həyata keçirirlər.”x9d.

4. 2.18-ci bənddə “və 2.14.8-ci ”“ 2.14.12-ci”x9d sözləri “2.14.8 ”“ 2.14.11-ci və 2.14.12-ci”x9d sözləri ilə əvəz edilsin və həmin bəndə “2.14.5-ci ”“ 2.14.7-ci”x9d sözlərindən sonra “, 2.14.11-1-ci və 2.14.11-2-ci”x9d sözləri əlavə edilsin.

5. 2.19-cu bənddə “2.14.8-ci və 2.14.9-cu”x9d sözləri “2.14.8-ci ”“ 2.14.11-2-ci”x9d sözləri ilə əvəz edilsin və “oxunuşu açıq,”x9d sözlərindən sonra “imza yaratma məlumatları və”x9d sözləri əlavə edilsin.

6. 2.20-ci bənddə “2.14.1-ci ”“ 2.14.9-cu”x9d sözləri “2.14.1-ci ”“ 2.14.11-2-ci”x9d sözləri ilə əvəz edilsin və “oxunuşu açıq,”x9d sözlərindən sonra “imza yaratma məlumatları və”x9d sözləri əlavə edilsin.

7. 2.21-ci bənddə “bütün məlumatların”x9d sözlərindən sonra “(imza yaratma məlumatları istisna olmaqla)”x9d sözləri əlavə edilsin.

8. 2.29.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.29.4-cü yarımbənd əlavə edilsin:

“2.29.4. vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar, habelə elektron imza yaratma və yoxlama məlumatları ”“ Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar.”x9d.

9. Əsasnaməyə 1 nömrəli Əlavə ”“ “Azərbaycan Respublikası vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsi haqqında Ərizə-Anket”x9də aşağıdakı məzmunda 1.1.3-1-ci yarımbənd əlavə edilsin:

“1.1.3-1. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatlar aktivləşdirilsin:

1.1.3-1.1. Bəli

xa0

1.1.3-1.2. Xeyr

xa0

10. Əsasnaməyə 2 nömrəli Əlavə ”“ “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi haqqında Ərizə-Anket”x9də aşağıdakı məzmunda 1.1.3-1-ci yarımbənd əlavə edilsin:

“1.1.3-1. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatlar aktivləşdirilsin:

1.1.3-1.1. Bəli

xa0

1.1.3-1.2. Xeyr

xa0


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin