Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Kollegiyanın mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib. Sədr Mülki Prosessual Məcəlləyə edilmiş dəyişiklikləri yüksək qiymətləndirib.
O, bununla bağlı gələcəkdə hüquqi maarifləndirmə işlərinin davamlı aparılmasını, vəkillərin fəaliyyətinin cəmiyyətdə müsbət rolu üçün təlim və treninqlər keçirilməli olduğunu diqqətə çatdırıb.
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş iki vəkil and içib.
İclasda Vəkillər Kollegiyasının Vəkil Klubu tərəfindən keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Vətənim Azərbaycan!” adlı III Vəkil bədii yaradıcılıq müsabiqəsi”nin qalibləri açıqlanıb.
İştirakçılardan “Kəngərli və partnyorları” Vəkil Bürosunun vəkili Aslan Heydarov birinci, hüquqşünas Şəhriyar Həbilov ikinci, Nüşabə Əhməd isə üçüncü yerin sahibi olub. Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov tərəfindən onlara mükafatlar təqdim edilib.
Daha sonra Vəkillər Kollegiyasına edilmiş müraciətlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda, Vəkillər Kollegiyasının “Qaynar xətt”inə daxil olan şikayətlərə baxılması Qaydaları”nın təsdiq edilməsi, “Fərdi vəkillərin koordinasiyası komitəsi”nə üzvlərin seçilməsi məsələlərinə baxılıb və "Vəkillərin peşə hüquqlarının müdafiəsi komitəsi”nin Əsasnaməsinin layihəsi müzakirə edilib. Rəyasət Heyəti həmin məsələlərə müsbət cavab verib.
Qərara əsasən, fərdi vəkil kimi fəaliyyət göstərən Adəm Məmmədov “Fərdi vəkillərin koordinasiyası komitəsi”nə sədr müavini, Komitənin İşçi Qrupuna isə 17 üzv seçilib.
“Fərdi vəkillərin koordinasiyası komitəsi”nin sədri isə Rəyasət Heyətinin üzvü Vüqar Babayevdir. Rəyasət Heyətinin digər üzvləri - İlhamə Həsənova ilə Ramiz İbrahimov isə “Vəkillərin peşə hüquqlarının müdafiəsi komitəsi”nə həmsədr seçilib.
Həmçinin iclasda vəkilin digər vəkil qurumuna keçməsi və vəkilin öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi barədə müraciətlərinə baxılıb, müvafiq qərarlar çıxarılıb.
Bundan başqa, iclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
06:19 / 15.09.2023
Vəkillərin fəaliyyətinin cəmiyyətdə müsbət rolunun artırılması üçün treninqlər keçiriləcək
Hazırda oxunan: Vəkillərin fəaliyyətinin cəmiyyətdə müsbət rolunun artırılması üçün treninqlər keçiriləcək
Hazırda oxunan: Vəkillərin fəaliyyətinin cəmiyyətdə müsbət rolunun artırılması üçün treninqlər keçiriləcək
155259
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.