Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Niderland Krallığının Şimali Hollandiya, Utrext əyalətlərində blutanq, Rusiya Federasiyasının Udmurtiya Respublikasında, Xantı-Mansi Muxtar Dairəsində Nyukasl, Peru Respublikasının İka regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bu barədə Bizim.Media-ya Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Məlumata görə, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, zonalaşma prinsipi nəzərə alınmaqla, Niderland Krallığının Şimali Hollandiya və Utrext əyalətlərində xəstəliyin baş vermiş təsərrüfatın 150 kilometr radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Rusiya Federasiyasının Udmurtiya Respublikasında və Xantı-Mansi Muxtar Dairəsində, Peru Respublikasının İka regionunda xəstəliyin baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən quşçuluq məhsullarının, yemlərin, kəsim və emal üçün istifadə olunan avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə sözügedən ölkələrin qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud həmin inzibati ərazi vahidlərindən tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:46 / 14.09.2023
Bəzi ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Hazırda oxunan: Bəzi ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Hazırda oxunan: Bəzi ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
155222
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.