Aşıq Ələsgərin yubiley tədbiri keçirildi

Hazırda oxunan: Aşıq Ələsgərin yubiley tədbiri keçirildi

15521

Aşıq Ələsgərin 200 illik yubileyi çərçivəsində onun doğum günündə İrəvan Türk Cümhuriyyəti xüsusi gecə keçirib.

Bizim.Media xəbər verir ki, konfransı giriş sözü ilə açan İrəvan Türk Cümhuriyyəti (İTC) Millət Şurasının sədri, professor Qafar Çaxmaqlı qeyd edib ki, İTC indi adına Ermənistan deyilən ərazidə yetişmiş bütün böyük şəxsiyyətlərin tanıdılması və bu torpaqlarda elm, sənət adamlarını, ictimai-siyasi xadimlərinin xatirəsini həmişə uca tutacaq, bu torpaqlarda doğulmuş və yetişmiş insanların bəşəriyyətə verdiyi dəyərləri diqqət mərkəzinə gətirəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Bu Novruzu Şuşayla qürurlandıq, Qarabağla bütövləndik!


O deyib ki, Aşıq Ələsgər yalnız haqq aşığı deyil, Qərbi Azərbaycanın yetişdirdiyi ən böyük şəxsiyyət, müdrik mütəfəkkir, filisof olub.

Onun yaratdığı məktəb doğulduğu Göyçə mahalı ilə məhdudlaşmayıb və bütün yaxın və uzaq coğrafiya Türklüyünün şeir, sənət və ilham qaynağına çevrilib. 

Aşıq Ələsgərin həyatı və yaradıcılığı ilə bağlı məruzə edən Türkiyənin Hacı Bektaş Vəli Universitetinin prosessoru Bayram Durbilməz Aşıq Ələsgərin sənət zirvəsi və onun aşıqlıq sənətinin Türkiyə, Güney Azərbaycan və başqa bölgələrə təsirindən danışıb və onun sənət özəlliklərindən bəhs edib. 

Aşıq Ələsgərin böyüklüyündən, onun qəbrinin düşmən tapdağı altında olmasından və bir gün onun qəbri önündə sənətkarın yad edilməsi fikri də də çıxış edənlər tərəfindən ifadə olunub. 

Bu gün Şuşada alovlanan Novruz tonqalı bir gün Qərbi Azərbaycandakı əsir yurdlarımızda da alovlanacaq. 

Tədbirdə Aşıq Nemətin və onun şagirdi Aşıq Ayşənin ifasında Aşıq Ələsgərin əsərləri ifa olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin