BİZİM TƏQVİM: 15 sentyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 15 sentyabrda baş vermiş tarixi hadisələr

155199

Sentyabrın 15-i 2004-cü ildən Azərbaycanda Bilik Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli Fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində yeni dərs ilinin sentyabrın 15-dən başlanması qərara alınıb.

Bəs, sentyabrın 15-də dünyada hansı hadisələr baş verib?

1. 15 sentyabr Mərkəzi Amerikanın 4 ölkəsi – Qvatemala, Salvador, Kosta-Rika və Nikaraquada müstəqillik günüdür. 1821-ci ilin bu günü İspaniya müstəmləkəçilərinə qalib gələn bu ölkələr həmin il istiqlaliyətlərini elan ediblər.

2. Ağır döyüşlərdən sonra türk sərkərdəsi Nuru Paşanın komandanlığı altında olan Osmanlı və Azərbaycan birləşmiş türk hərbi qüvvəsi - Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də paytaxt Bakını rus-erməni işğalçılarından tamamilə təmizlədi. Bununla da azərbaycanlılara qarşı qanlı terrorlar törətmiş bolşevik-daşnak diktaturasına qon qoyuldu.

3. 15 sentyabr “Azərbaycan” qəzetinin 105 yaşı tamam olur. Bu qəzetin ilk nömrəsi 1918-ci il sentyabrın bu günü Azərbaycanın Gəncə şəhərində çap edilib.

4. 1928-ci ilin 15 sentyabr tarixində Şotlandiyanın bakteriologiya alimi Fleminq penisillini kəşf etdi.

5. İkinci Dünya Müharibəsi zamanı - 1944-cü ilin 15 sentyabrında İngiltərənin Hava Qüvvələri bir gündə Almaniyanın 185 döyüş təyyarəsini vurdular.

6. Türkiyədə 1961-ci il 27 May Çevrilişindən sonra qurulan Yassıada Məhkəməsi həmin ilin 15 sentyabrında qərarını açıqladı: bağlanılan Demokrat Partiyanın, aralarında dövrün ölkə başçısı Cəlal Bayar və baş naziri Adnan Menderesin də olduğu, 15 üzvü haqqında ölüm hökmü verildi, 32 nəfər isə ömürlük həbs cəzasına məhkum edildi.

7. 15 sentyabr 1975-ci ildə Livanın paytaxtı Beyrutda xristian və müsəlmanlar arasında vətəndaş müharibəsi başladı.Bundan 7 il sonra həmin gün İsrail Beyturu işğal etdi.

5 sentyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 15 sentyabr 1905 - Azərbaycan Kukla Teatrının yaradıcısı, aktyor, rejissor Molla Ağa Bəbirli (1905-1970) anadan olub. “O olmasın, bu olsun” (Məşədi Qəzənfər), “Bir məhəllədən iki nəfər”, “Sehrli xalat” filmlərində çəkilib

2. “Sonuncu Magikan”, “Ovçu”, “Ləpirçi”, “Piolenrlər” və digər macəra romanlarının müəllifi, məşhur Amerika yazıçısı Ceyms Fenimor Kuper 1789-cu ilin bu günü anadan olub.

3. Dünya ədəbiyyatında dedektiv janrının əvəzsiz ustası kimi tanınan Aqata Kristi 1891-ci il senytabrın 15-ində doğulub.

4. Liviya müstəqillik mübarizəsinin lideri Ömər Muxtar tarixin bu günü edam olunub.

5. Bu gün Azərbaycanın Xalq rəssamı Elbəy Rzaquliyevin xatirə günüdür. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirən E.Rzaquliyev 1977-ci ildən Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin katibi olub. O, rəssamlığın müxtəlif janrlarında tablolar yaradıb, dünyanın bir çox ölkələrinin həyat və təbiətini təsvir edən lövhələr çəkib. (1926-2007)

6. 15 sentyabr 1943-cü ildə Xalq artisti, rejissor, ssenarist Xamis Muradov doğulub. «Azərbaycanfilm» kinostudiyasının direktoru (2002-2011) olub. 50-dək sənədli filmin rejissoru, ssenari müəllifidir.

7. 15 sentyabr 1959-cu ildə müğənni, Xalq artisti Brilliant Süleyman qızı Dadaşova anadan olub.

8. 2006-cı ilin bu günündə Azərbaycan bəstəkarı, Xalq artisti Vasif Adıgözəlov dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin