Əhalinin neçə faizi Qarabağda antiterror əməliyyatlarını vacib sayır? – SORĞU 

Hazırda oxunan: Əhalinin neçə faizi Qarabağda antiterror əməliyyatlarını vacib sayır? – SORĞU 

155193

Ölkə əhalisinin 71.3%-i Qarabağda antiterror əməliyyatının keçirilməsini vacib sayır.

Bizim.Media xəbər verir ki, bu Sosial Tədqiqatlar Mərkəzinin yaydığı məlumatda deyilir. 

Məlumatda qeyd olunur ki, 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndində sülhməramlı kontingentin erməni silahlı qüvvələrinin çıxarılmasına paralel yerləşdirilməsi öz əksini tapıb. 

Münaqişədən ötən müddət ərzində Ermənistanın Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla ərazi bütövlüyünü tanımasına baxmayaraq, silahlı qruplaşmaların hələ də çıxarılmaması və davam edən təxribatlar növbəti hərbi əməliyyatların keçirilməsi mövzusunu gündəmə gətirib.

Sosial Tədqiqatlar Mərkəzi mövzunun aktuallığını nəzərə alaraq, vətəndaşlar arasında rəy sorğusu keçirib.İctimai rəyi öyrənmək məqsədilə respondentlərə ünvanlanan “Sizcə, Azərbaycan Qarabağda qanunsuz silahlı qruplaşmalara qarşı yeni hərbi əməliyyatlar keçirməlidirmi?” sualına iştirakçıların mühüm hissəsi - 71.3%-i “bəli” cavabını verib.

Sorğuda iştirak edənlərin 24.1%-i əks mövqedən çıxış edərək yeni hərbi əməliyyatların keçirilməsini istəmədiyini bildirib.

Respondentlərin 4.6%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Nəticələri ötən ilin müxtəlif dövrləri üzrə müqayisə etdikdə, Sosial Tədqiqatlar Mərkəzinin 2022-ci ilin avqust ayında keçirdiyi rəy sorğusunda Qarabağda erməni silahlı qruplaşmalarına qarşı hərbi əməliyyatların keçirilməsini 80.5% respondent dəstəkləmişdi. 6.8%-i əks mövqedə qərarlaşmış, 12.7%-i bu suala cavab verməkdə çətinlik çəkmişdi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin