Doğrudan da Moderator.az-ın əməkdaşı da bir neçə dəfə metroplitenin yarıtmaz xidməti ilə rastlaşdığından məsələni ictimailəşdirmək qərarına gəldik. Vaxt vardı yeraltı dünyanın bir "kral"ını tanıyardıq və "metro Tağı" kimi adı dillər əzbəri olan Tağı Əhmədovu bəyənmirdik.xa0

Amma Azərbaycanda artıq ənənə halını almış bir acı gerçəklik də var ki, yeni vəzifə başına gələn köhnənin ölüsünə rəhmət oxutdurur. Necə ki, indiki Metropliten rəisi Zaur Hüseynov sələfinin ölüsünə belə bir rəhməti oxutdurmaqla məşğuldur.
Məsələ ilə bağlı Metroplitendən hər hansı rəy öyrənməyi də artıq hesab edirik. Çünki görünən dağa nə bələdçi və heç şübhəsiz min bir bəhanə gətirəcəklər ki, bazar günü olduğundan interval bu qədər uzanıb. Amma anlamaq istəmirlər ki, əslində paytaxt əhalisi və şəhərin qonaqları elə ən çox bazar günü metroplitenin xidmətindən istifadə etdiklərinə görə adi günlərdən fərqli olaraq istirahət günləri intervalı daha da azaltmalı idilər...

































































































