Bu gün axşam pik saatlarında paytaxtın küçə və prospektlərində olan sıxlıqlarla əlaqədar marşrut xətlərinin intervalında gecikmələr yaranıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir:
1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - hər iki istiqamətdə 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 15-25 dəqiqə gecikmə müşahidə olunur.
2. Tbilisi prospekti – 20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-17 dəqiqə gecikmə müşahidə edilir.
3. 3-cü mikrorayon dairəsi istiqamətində - Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 12-16 dəqiqədir.
4. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, həmçinin əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-19 dəqiqə gecikmə müşahidə olunur.
5. Heydər Əliyev prospekti - şəhər istiqamətində (Bağırov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-20 dəqiqə gecikmə var.
6. Babək prospekti – şəhər istiqamətində sıxlıq var. Bu səbəbdən də həmin ərazidən keçən 30, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur.
7. Xocalı prospekti - Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm və E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 15-22 dəqiqə gecikmə qeydə alınır.
8. Akademik Həsən Əliyev küçəsi – hər iki istiqamətdə (Tbilisi prospekti və Koroğlu Rəhimov küçəsi) sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 6, 13, 61, 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.
9.Qara Qarayev prospekti - hər iki istiqamətdə 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64, 81 nömrəli müntəzəm və E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 9-14 dəqiqə gecikmə var.
10. 8 Noyabr prospekti – Zığ şosesi istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən həmin ərazidən keçən 21, 32, 46, 175 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 12-18 dəqiqə gecikmə müşahidə olunur.
11. Binəqədi şosesi – Binəqədi istiqamətində sıxlıq müşahidə edilir. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-19 dəqiqə gecikmə var.
12. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində sıxlıqlar müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11, 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə edilir.
13. Zabrat şosesi – Maştağa qəsəbəsi istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-15 dəqiqə gecikmə qeydə alınır.
14. Mikayıl Useynov prospekti - Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq, digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 205 nömrəli müntəzəm və E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 15-25 dəqiqə gecikmə müşahidə olunur.
15. Kövkəb Səfərəliyeva küçəsi Neftçilər prospekti istiqamətində 21, 30, 32, 49, 175 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-25 dəqiqə gecikmə var.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:59 / 13.09.2023
Paytaxt marşrutları yenə mənzilbaşına GECİKİR - SİYAHI
Hazırda oxunan: Paytaxt marşrutları yenə mənzilbaşına GECİKİR - SİYAHI
Hazırda oxunan: Paytaxt marşrutları yenə mənzilbaşına GECİKİR - SİYAHI
155050
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.