Ucarda körpü sel təhlükəsi ilə ÜZLƏŞDİ – FOTO  

Hazırda oxunan: Ucarda körpü sel təhlükəsi ilə ÜZLƏŞDİ – FOTO  

155026

Ucarda aramsız  yağan yağıntılar körpüyə təhlükə yaradıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, günlərdir aramsız yağan yağıntılar nəticəsində Göyçay çayının Ucarın Qazyan kəndindən keçən hissəsində suyun həcmi artaraq körpüyə çatıb. 

Nəticədə gediş-gəlişə maneələr yaranıb. Qazyan, Bərgüşad, Bağman, Şilyan kəndlərini birləşdirən və Göyçay çayı üzərində yerləşən körpü sel təhlükəsi ilə üzləşib.

Çayda suyun səviyyəsi durmadan artdığından körpüdə və bəndlərdə qabaqlayıcı bərkitmə işləri həyata keçirilib. Görülən işlər nəticəsində bir neçə saatlıq körpü üzərində gediş-gəliş dayanıb. 


















Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin