Moldova "Sputnik Moldova" nəşrinin rəhbərini deportasiya edib, onun ölkəyə girişinə 10 illik qadağa qoyub.
Bizim.Media "Sputnik" agentliyinə istinadən xəbər verir ki, Miqrasiya xidmətinin əməkdaşları “Sputnik Moldova”nın rəhbəri Vitali Denisovu deportasiya qərarı ilə hava limanına aparıblar və ilk reysdə yola salıblar.
Mənbə yazır ki, hətta ona əşyalarını yığmağa və ev heyvanlarını özü ilə aparmağa icazə verilməyib.
Bu barədə Rusiya səfiri Oleq Vasnetsov məlumatlandırılıb.
Bizim.Media