Cəlilabadda qanunsuz at əti istehsal edilən təsərrüfat AŞKARLANDI - FOTO 

Hazırda oxunan: Cəlilabadda qanunsuz at əti istehsal edilən təsərrüfat AŞKARLANDI - FOTO 

154863

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, daxil olan məlumat əsasında Lənkəran-Astara regional bölməsinin müfəttişləri Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Cəlilabad rayonunun Təzəkənd kəndində qanunsuz olaraq at ətinin istehsal edildiyi heyvandarlıq təsərrüfatına baxış keçiriblər. 

Baxış zamanı heyvandarlıq təsərrüfatında təxmini çəkisi 600 kiloqram olan 3 baş atın antisanitar şəraitdə kəsildiyi və ətin sellofan torbalara yığılmaq üçün hazırlandığı aşkar edilib.
Aşkarlanmış at ətindən nümunə götürülərək müayinə üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. 

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. 






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin