Ziya Bünyadov prospektində yerüstü piyada keçidi tikilir - FOTO

Hazırda oxunan: Ziya Bünyadov prospektində yerüstü piyada keçidi tikilir - FOTO

154833

Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təm­in etmək məqsədilə paytaxt ərazisində daha bir yerüstü piy­ada keçidi inşa edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bizim.Media-ya verilən məlumata görə, yeni yerüstü piyada keçidi Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində tikilir.

Layihə üzrə keçidin uzunluğu 57 metr, daxili eni 3.5 metrdir. Yol səviyyəsindən hü­ndürlüyü 5.8 metr tə­şkil edən keçid üstüqapalı və torşəkilli metal konstruksiyadan ibarət olacaq.

Prospektin sözügedən hissəsində hərəkət intensivliyi nəzərə alınaraq tikinti işləri hazırda gecə saatlarında aparılır.

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq.

Layihə çərçivəsində yolun hər iki tərəfi­ndə yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nə­zarət otağının tikintisi, piyada keçidin­in ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Beynəlxalq standartlara cavab verəcək mü­asir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin