Satışda keyfiyyətsiz məktəbli formalarının olması barədə məsələ yenidən aktuallaşıb. Sosial şəbəkələrdə tikilişində nöqsan olduğu məktəbli formaları paylaşılıb. Ramil Rəfizadə adlı şəxs “Facebook” hesabında məktəbli forması üçün yaxınlaşdığı mağazalarda keyfiyyətsiz geyimlərə rast gəldiyini qeyd edib.
Belə ki, mavi rəngdə olan məktəbli formasının yaxalığının biri böyük, digəri kiçik, başqa bir formanın qollarının manjeti isə fərqli tərzlərdə tikilib. Üstəlik geyimin keyfiyyətsiz materialdan tikildiyi də vurğulanıb.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov sözügedən formanın onlara aid olmadığını deyib:
MÖVZU İLƏ BAĞLI:
“Ucuz qiymətə təklif olunan məktəbli formaları butulka və şüşədən hazırlanıb” – BAKI TİKİŞ EVİ
“Bizim formaların yaxalığının hamısında Bakı Tikiş Evi yazılır. Biz göy və lent şəkilli forma tikmirik. Bunlar saxta və mənşəyi bilinməyən məktəbli formalarıdır və işbazlar tikirlər. Üstəlik bizim mallarımızda uyğunluq serifikatı var”- deyə Etibar Əzimov əlavə edib.
Alçina Amilqızı, Bizim.Media